Teymurova Dünya kubokunda 8-ci olub

Xəbərlər
7 Oktyabr 2024 13:52
189
Teymurova Dünya kubokunda 8-ci olub

Bədii gimnastika üzrə Dünya Çağırış kuboku bu mövsüm başa çatıb.

İdman.biz xəbər verir ki, seriyanın sonuncu mərhələsi Sombatheydə (Macarıstan) keçirilib və burada Azərbaycan komandası hesabına qızıl medal yazdırıb.

Belə ki, Nikita Simonov halqalar növündə qalib gəlib.

Qadınların yarışında Nazənin Teymurova dayaqlı tullanma hərəkətinin icrasında finala yüksəlib. Həlledici mərhələdə o, 8-ci olub.

İdman.biz