Avropa Gimnastikasının (EG) Bədii Gimnastika Texniki Komitəsi tərəfindən Larnakada (Kipr) hakimlik kursu keçiriləcək.
İdman.biz xəbər verir ki, tədbir oktyabrın 11-14-də təşkil olunacaq və Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bədii Gimnastika Texniki Komitəsinin üzvü, milli federasiyanın idman direktoru Natalya Bulanova ekspert qismində çıxış edəcək. .
Kurs iştirakçıları yeni Olimpiya dövründə qaydalardakı dəyişiklikləri müzakirə edəcək və digər peşəkar aspektlərə toxunacaqlar.
İdman.biz