Siyana Vasileva Larnakada məşqçilik kurslarında ekspert olacaq

Xəbərlər
8 Oktyabr 2024 12:11
356
Siyana Vasileva Larnakada məşqçilik kurslarında ekspert olacaq

Avropa Gimnastikasının (EG) Bədii Gimnastika Texniki Komitəsi tərəfindən oktyabrın 13-16-da Larnakada (Kipr) məşqçi kursları keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbirin ekspertlərindən biri Beynəlxalq Federasiyanın Atletlər Komissiyasının üzvü, Azərbaycan millisinin məşqçisi Siyana Vasileva olacaq.

Kursun mövzusu “Fərdi gimnastlar və qruplar üçün bədən texnikası və alətlərin hazırlanması”dır.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü, milli federasiyanın idman direktoru Natalya Bulanovanın da ekspert kimi dəvət olunduğu Larnakada hakimlər üçün seminar baş tutacaq.

İdman.biz