Nağılları xatırladan çıxışlar və qışın sehri - Milli Gimnastika Arenasında

Xəbərlər
9 Oktyabr 2024 13:20
248
Nağılları xatırladan çıxışlar və qışın sehri - Milli Gimnastika Arenasında

Dekabrın 14-15-də Milli Gimnastika Arenasında ilin ən füsunkar hadisələrindən biri – bədii gimnastika üzrə “Winter Fairytale” adlı beynəlxalq turnir baş tutacaq.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Gimnastika Federasiyası yayıb.

Bu möhtəşəm tədbir 2009-2018-ci il təvəllüdlü gənc gimnastların nağılları xatırladan çıxışlarını və qışın sehrini bir araya gətirəcək.
Bir çox xarici ölkələrdən gələn gimnastlar və yerli idmançılar bu turnirdə öz bacarıqlarını nümayiş etdirəcək, yeni yarış qaydalarına uyğun təcrübə toplayacaq.

İdman.biz

Məqalədə: