Parkur ustaları dünya gimnastikasında mövsümü bağlayacaqlar

Xəbərlər
9 Oktyabr 2024 13:36
227
Parkur ustaları dünya gimnastikasında mövsümü bağlayacaqlar

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) təqvimində ilin sonuna kimi iki rəsmi yarış qalıb.

İdman.biz xəbər verir ki, söhbət parkur üzrə yeniyetmələr arasında keçiriləcək ilk dünya çempionatından gedir. Həm də böyüklər arasında bu növ üzrə dünya çempionatından. Hər iki yarış noyabrın 15-17-də Kitakyuşuda (Yaponiya) keçiriləcək.

Qeyd edək ki, Yaponiyanın bu şəhərində daha əvvəl idman və bədii gimnastika üzrə dünya çempionatları keçirilib.

İdman.biz

Məqalədə: