Azərbaycan Gimnastika Federasiyası oktyabrın 16-19-da Bakıda keçiriləcək “TeamGym” üzrə komandalararası Avropa çempionatının startına geri sayımı davam etdirir.
İdman.biz xəbər verir ki, yarışın startına 7 gün qalıb.
Avropa çempionatında 14 ölkədən komanda iştirak edəcək. Turnirə Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç, İsveçdən gimnastlar, həmçinin yarışın ev sahibləri qatılacaqlar.
Qeyd edək ki, “TeamGym” Avropa Gimnastikasının populyarlaşdığı komanda yarışıdır. O, üç aparatda çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq treki və kiçik batut.
İdman.biz