Batutçuların Çexiya sınağı

Xəbərlər
10 Oktyabr 2024 22:54
168
Batutçuların Çexiya sınağı

Azərbaycan batutçuları Çexiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz 51-ci Beynəlxalq Dostluq yarışında mübarizə aparacaqlar.

Azərbaycan yığmasının heyətində Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niyətəliyev, Ammar Baxşaliyev, Fərhad Mustafayev, Ömər Qasımlı, Ayan Şabanova və Samirə Mustafayeva yer alıb. Gimnastlarımız Yablonets şəhərində təşkil olunacaq turnirdə fərdi yarışlarla yanaşı sinxron tullanmada qüvvələrini sınayacaqlar.

İdman.biz