Azərbaycanın dörd cütlüyü final mərhələsində - FOTO

Xəbərlər
12 Oktyabr 2024 15:33
272
Azərbaycanın dörd cütlüyü final mərhələsində - FOTO

Çexiyanın Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə 51-ci Beynəlxalq Dostluq yarışı keçirilir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin idmançıları təsnifat mərhələsini uğurla adlayıblar.

Gimnastlarımız sinxron proqram üzrə yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıblar. Kişi cütlüklərin mübarizəsində üç duetimiz bu uğura imza atıb. Əli Niftəliyev və Ammar Baxşaliyev, Fərhad Mustafayev və Ömər Qasımlı, Hüseyn Abbasov və Nicat Mirzəyev həlledici raunda vəsiqə əldə ediblər. Qadın cütlüklərin yarışında isə Ayan Şabanova və Samirə Hüseynova medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

İdman.biz

Məqalədə: