Gimnastlar Zaqrebdə 4 medala sahib çıxıblar

Xəbərlər
12 Oktyabr 2024 20:58
148
Gimnastlar Zaqrebdə 4 medala sahib çıxıblar

Oktyabr 10-13-də Xorvatiyanın Zaqreb şəhərində bədii gimnastika üzrə “Aura Cup” beynəlxalq turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan gimnastları yarışda uğurlu çıxışla yadda qalıblar.

Nur Sadıqova yeniyetmələrin mübarizəsində 3 medal qazanıb. O, çoxnövçülük, top və halqada gümüşə sahib çıxıb. Sofiya Məmmədova isə gənclərin yarışında çoxnövçülükdə 2-ci yeri tutub.

İdman.biz