Batutçularımız Çexiyada 6 medal qazanıb

Xəbərlər
14 Oktyabr 2024 10:16
230
Batutçularımız Çexiyada 6 medal qazanıb

Batut üzrə Azərbaycan yığması Çexiyanın Yablunitse nad Nisou şəhərində keçirilən beynəlxalq turnirdə 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, yeniyetmələr arasında yarışda Ammar Baxşəliyev qalib gəlib. Sonra o, Əli Niftəliyevlə birlikdə sinxron tullanmada 1-ci olub. Eyni zamanda, Niftəliyev fərdi birincilikdə 2-ci olub.

Uşaqlar arasında keçirilən yarışda Ömər Qasımlı və Fərhad Mustafayev gümüş medal qazanıblar. Qasımlı fərdi birincilikdə da eyni nəticəni göstərib.

Böyüklər arasında keçirilən yarışda sinxron tullanmada Nicat Mirzəyev və Hüseyn Abbasov bürünc medal qazanıblar.

İdman.biz

Məqalədə: