Bədii gimnastika üzrə Azərbaycan yığması Zaqrebdə keçirilən “Aura Cup” beynəlxalq turnirinin sonuncu günündə bürünc medal qazanıb.
İdman.biz xəbər verir ki, 3-cü yeri tutan Sofiya Məmmədova yeniyetmələr arasında finalda topla uğurlu çıxış edib.
Bundan öncə o, çoxnövçülükdə gümüş medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl uşaqlar arasında keçirilən yarışda Nur Sadıxova çoxnövçülükdə, topla və halqa ilə hərəkətlərdə fərqlənərək 3 gümüş medal qazanıb.
İdman.biz