Oktyabrın 13-16-da Avropa Gimnastikasının (EG) Bədii Gimnastika Texniki Komitəsi tərəfindən Larnakada (Kipr) məşqçi kursları keçirilib.
İdman.biz xəbər verir ki, ekspertlərdən biri Beynəlxalq Federasiyanın Atletlər Komissiyasının üzvü, Azərbaycan milli komandasının məşqçisi Siyana Vasilyeva olub.
“Fərdi gimnastlar və qruplar üçün bədən texnikası və aparatlarının hazırlanması” adlanan kursda Vasileva mövzunu qrup komandalarının, o cümlədən Olimpiadadakı çıxışışlardan nümunə götürərək araşdırıb.
Seminarın digər eksperti italiyalı mütəxəssis Giulietta Cantaluppi olub.
İdman.biz