Natalya Bulanova Larnakada hakimlik kursları keçib

Xəbərlər
14 Oktyabr 2024 15:52
223
Natalya Bulanova Larnakada hakimlik kursları keçib

Avropa Gimnastikasının (EG) Bədii Gimnastika Texniki Komitəsi Larnakada (Kipr) hakimlik kursu keçirib.

İdman.biz xəbər verir ki, hakimlik kurslarında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bədii Gimnastika Texniki Komitəsinin üzvü, milli federasiyanın idman direktoru Natalya Bulanova ekspert qismində çıxış edib.

Kurs iştirakçıları yeni olimpiya tsiklində qaydalardakı dəyişiklikləri müzakirə edib və digər peşəkar aspektlərə toxunublar.

İdman.biz