Bu gün Milli Gimnastika Arenasında “TeamGym” üzrə Avropa çempionatında iştirak edəcək komandaların podium məşqi keçirilir.
İdman.biz xəbər verir ki, yarışın startından əvvəlki gün podium məşqlərinə ayrılır.
Bu zaman idmançılar öz proqramlarını yarışa mümkün qədər yaxın şəraitdə təkmilləşdirirlər.
Oktyabrın 16-19-da Bakıda keçiriləcək Avropa çempionatında on dörd ölkənin - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç, İsveçlə yanaşı təşkilatçıların komandası çıxış edəcək. 541 iştirakçı 46 komandaya llektivə bölünəcək.
Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Bura üç alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
İdman.biz