Avropa çempionatına start - FOTO

Xəbərlər
16 Oktyabr 2024 18:47
472
Avropa çempionatına start - FOTO

Bu gün Bakıda ilk dəfə olaraq "TeamGym" üzrə Avropa çempionatına start verilib.

İdman.biz yarışdan ilk fotoları təqdim edir.

İştirakçılar "TeamGym" xalçası, akrobatika cığırı və trampet rampet (mini batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışda on dörd ölkənin 46 komandası qüvvəsini sınayacaq. Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibinin idmançıları çıxış edəcəklər. 28 hakim öz növünün əsl ustası olanların çıxışlarını qiymətləndirəcək.

İdman.biz