Avropa çempionatında ilk finalçılar müəyyənləşib - FOTO

Xəbərlər
16 Oktyabr 2024 22:25
208
Avropa çempionatında ilk finalçılar müəyyənləşib - FOTO

Bu gün Bakıda start verilən "TeamGym" üzrə Avropa çempionatında ilk finalçılar müəyyənləşib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə yeniyetmələr arasında təsnifat mərhələsi keçirilib.

Reqlamentə görə 5 ölkənin təmsilçiləri həlledici mərhələyə vəsiqə qazanıblar. Kişilərin mübarizəsində Danimarka, Norveç, İsveç, Böyük Britaniya və İslandiya bu hüququ əldə ediblər. Qadınlarda isə Danimarka, İsveç, İslandiya, Finalndiya və İtaliya medallar uğrunda yarışacaq.

Qarışıq komanda yarışılarında isə İslandiya, Böyük Britaniya, Danimarka, Norveç və İsveç finala yüksəlib.

Qeyd edək ki, yeniyetmələrin mübarizəsində qaliblər oktyabrın 18-də bəlli olacaq.

İdman.biz