Bakıda Avropa çempionatının ikinci günü: Azərbaycan millisi çıxışını gözləyir

Xəbərlər
17 Oktyabr 2024 10:10
174
Bakıda Avropa çempionatının ikinci günü: Azərbaycan millisi çıxışını gözləyir

Bakıda "TeamGym" üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan yarışda 14 ölkənin - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç, İsveç, eləcə də ev sahiblərinin komandaları çıxış edir.

Turnirdə 46 kollektivdən 541 idmançı mübarizəyə qoşulub.

Bu gün təsnifat mərhələsində böyüklərdən ibarət komandalar çıxışlarına başlayacaq. Bütün diqqətlər Adil Hacızadə, Nihad Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyevdən ibarət Azərbaycan millisinə yönələcək. Çingiz Vəliyev ehtiyatda qalacaq. Onlar axşam proqramında çıxış edəcəklər.

Qeyd edək ki, "TeamGym" Avropa Gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Bura üç alət üzərində çıxışlar daxildir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (mini batut).

İdman.biz

Məqalədə: