Danimarka Bakıda keçirilən Avropa çempionatında 1-ci yerdən finala yüksəlib

Xəbərlər
17 Oktyabr 2024 18:41
53
Danimarka Bakıda keçirilən Avropa çempionatında 1-ci yerdən finala yüksəlib

Bakıda "TeamGym" üzrə Avropa çempionatı keçirilir.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın ikinci gününün günorta sessiyasında qarışıq komandalar arasında təsnifat yarışları keçirilib. 1-ci yeri tutan Danimarka, həmçinin Böyük Britaniya, İsveç, İslandiya, Norveç və İtaliya finala vəsiqə qazanıb. Avstriya, Niderland, Çexiya və Finlandiya ilkin mərhələdə iştirakını bitirib.

Növbəti kişi komandalar arasında təsnifat yarışı olacaq. Ev sahiblərinin heyətində yer alan idmançılar: Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyev. Çingiz Vəliyev ehtiyatdadır.

Avropa çempionatında 14 ölkənin - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç, eləcə də ev sahibi komandaları mübarizə aparır. 541 iştirakçı 46 komandaya bölünüb.

Qeyd edək ki, "TeamGym" Avropa gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. O, üç alətdə çıxışlardan ibarətdir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (kiçik batut).

İdman.biz