Yığmamız təsnifat mərhələsində 7-ci olub

Xəbərlər
17 Oktyabr 2024 19:32
319
Yığmamız təsnifat mərhələsində 7-ci olub

Bakıda "TeamGym" üzrə Avropa çempionatında kişilərdən ibarət yığma çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, komandamız təsnifat mərhələsində 7-ci yeri tutub.

Adil Hacızadə, Nihat Muradlı, Elnur Məmmədov, Aydın Əlizadə, Ramin Dəmirov, Rəsul Əhmədzadə, Mənsum Səfərov və Tofiq Əliyev ibarət heyət 45.950 bal toplayıb. Bu nəticə ilə komandamız final mərhələsinin bir addımlığında çıxışını başa vurub.

Qeyd edək ki, 6 yığma medallar uğrunda yarışacaq. Danimarka, Böyük Britaniya, İtaliya, Portuqaliya, Norveç və İsveç mübarizəni davam etdirir.

İdman.biz