Bu gün Bakıda Avropa çempionatının ilk finallar keçiriləcək

Xəbərlər
18 Oktyabr 2024 09:34
54
Bu gün Bakıda Avropa çempionatının ilk finallar keçiriləcək

Bakıda “TeamGym” üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün yarışın ilk finalları keçiriləcək.

Yeniyetmələr arasında kişi, qadın və qarışıq komandalarda qalib və mükafatçılar müəyyənləşəcək.

Milli Gimnastika Arenasında 14 ölkədən - Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç, İsveç, eləcə də ev sahibinin idmançıları çıxış edir.

Kişilərdən ibarət Azərbaycan yığması təsnifat mərhələsində 7-ci yeri tutaraq, finala yüksələ bilməyib.

Qeyd edək ki, "TeamGym" Avropa Gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Turnir üç alətdə çıxışlardan ibarətdir: "TeamGym" xalçası, akrobatika cığırı və trampet (mini batut).

İdman.biz

Məqalədə: