Bakıda EJU-nun tibbi seminarı başlayır

Xəbərlər
18 Oktyabr 2024 10:36
165
Bakıda EJU-nun tibbi seminarı başlayır

Bakıda Avropa Cüdo İttifaqının (EJU) beynəlxalq tibbi seminarı başlayır.

İdman.biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil olunan seminarın məqsədi idman sahəsində çalışan tibb işçiləri arasında təcrübə mübadiləsi aparmaq və ən yeni informasiyaya yiyələnməkdir.

Seminarda müxtəlif ölkələrdən olan mütəxəssislər cüdoçuların tibbi təminatı sahəsində tədqiqatların nəticələrini bölüşəcəklər. Bu sahədəki yeniliklər, idman zədələrinin reabilitasiyası və müalicəsinin müxtəlif üsulları müzakirə olunacaq. Tədbir iştirakçılara idman sağlamlığı və tibbi xidmət sahəsində ən son qlobal tendensiyalar haqqında məlumat əldə etmək imkanı verəcək.

İdman.biz

Məqalədə: