Bakıda Avropa çempionatının ilk qızılını Danimarka qazanıb - FOTO

Xəbərlər
18 Oktyabr 2024 15:15
241
Bakıda Avropa çempionatının ilk qızılını Danimarka qazanıb - FOTO

Bakıda "TeamGym" üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün yeniyetmələr arasında ilk mükafatlar oynanılır.

Kişilərdən ibarət komandaların yarışının qalibi danimarkalılar olub. Onlar 56.300 xal toplayaraq rəqibləri üçün əlçatmaz olub.

İsveç gümüş (53.550), Norveç isə bürünc (52.700) medal qazanıb.

Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdığı komanda yarışıdır. Yarışa 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut).

İdman.biz

Məqalədə: