Bakıda ənənəvi çempion

Xəbərlər
18 Oktyabr 2024 18:56
205
Bakıda ənənəvi çempion

Bakıda keçirilən “TeamGym” üzrə Avropa çempionatı sensasiyasız başlayıb.

İdman.biz xəbər verir ki, kişilərin yarışı gözlənildiyi kimi Danimarkanın qələbəsi ilə başa çatıb.

Bu növdə hegemonluq edən şimallılar tarixdə 13-cü qızıl medalı qazanıb. 15-ci dəfə təşkil olunan qitə birinciliyində yalnız iki dəfə başqa ölkənin kişilərdən ibarət yığması çempion olub. Danimarka 13 çempionluqla yanaşı 4 gümüş və 2 bürünc də əldə edib.

1996-cı və 2020-ci illərin qızılını İsveç əldə edib. Skandinaviyalılar Bakıda 2-ci olublar. İsveçin hesabında ümumilikdə 2 qızıl, 9 gümüş və 5 bürünc var.

3-cü yeri tutan Norveç 6-cı dəfə bürünc əldə edib. Onların yeganə gümüşü iki il əvvələ təsadüf edib. Həmin vaxt Norveç İsveçi qabaqlayıb. Ümumilikdə isə 2022-ci ildəki üç ölkə yenə fəxri kürsüyə qalxıb. Maraqlıdır ki, Avropa çempionatları tarixində 7-ci dəfə Danimarka, İsveç, Norveç ardıcıllığı qeydə alınıb.

Qeyd edək ki, bu üç ölkədən başqa yalnız İslandiya (bir gümüş) və Böyük Britaniya (bir bürünc) medal sevinci yaşayıb.

İdman.biz