Bakıda Avropa çempionatı başa çatır

Xəbərlər
19 Oktyabr 2024 10:00
260
Bakıda Avropa çempionatı başa çatır

Bu gün Bakıda "TeamGym" üzrə Avropa çempionatı başa çatır.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında böyüklərin finalları keçiriləcək.

Kişilər, qadınlar və qarışıq komandalar arasında qaliblər müəyyənləşəcək.

Yarışda Azərbaycanı təsnifat mərhələsində yeddinci yeri tutan və finalın bir addımlığında qalan kişilərdən ibarət komanda təmsil edib.

Qeyd edək ki, “TeamGym” Avropa Gimnastikasının populyarlaşdığı komanda yarışıdır. O, üç alətdə çıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq treki və batut (mini batut).

İdman.biz

Məqalədə: