Bakıda keçirilən AÇ-nin son gününün ilk finalında İslandiya qalib gəlib

Xəbərlər
19 Oktyabr 2024 14:18
130
Bakıda keçirilən AÇ-nin son gününün ilk finalında İslandiya qalib gəlib

Bakıda "TeamGym" üzrə Avropa çempionatı başa çatır.

İdman.biz xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında böyüklərdən ibarət komandalar arasında medallar uğrunda mübarizə gedir.

Proqram qadın komandaların yarışları ilə açılıb. İslandiya gimnastları qalib olub. İslandlar 53.850 xal toplayıb və birinci yeri tutub.

İsveç gümüş (53.400), Norveç isə bürünc (49.450) medal qazanıb.

Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Ona üç alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut).

İdman.biz

Məqalədə: