Danimarka Bakıda keçirilən AÇ-nin qarışıq komanda yarışının qalibi olub

Xəbərlər
19 Oktyabr 2024 17:26
441
Danimarka Bakıda keçirilən AÇ-nin qarışıq komanda yarışının qalibi olub

Bakıda "TeamGym" üzrə Avropa çempionatı başa çatır.

İdman.biz xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında böyüklərdən ibarət komandalar arasında medallar uğrunda mübarizı gedir.

Danimarka qarışıq komanda yarışının qalibi olub. Onlar 55.700 xal toplayıb və birinci yeri tutub.

Böyük Britaniya gümüş (55.100), İsveç gimnastları isə bürünc (54.400) medal qazanıblar.

Qeyd edək ki, “TeamGym” Avropa gimnastikasının populyarlaşdırdığı komanda yarışıdır. Ona üç alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut).

İdman.biz

Məqalədə: