Paolo Frising: "Avropa çempionatı Azərbaycan Gimnastika Federasiyası tərəfindən çox yaxşı təşkil edilib"

Xəbərlər
21 Oktyabr 2024 11:29
92
Paolo Frising: "Avropa çempionatı Azərbaycan Gimnastika Federasiyası tərəfindən çox yaxşı təşkil edilib"

Ötən həftə Bakıda "TeamGym" üzrə Avropa çempionatı keçirilib. Avropa Gimnastikasının rəhbərliyində təmsil olunan şəxslər də bu yarışı izləmək üçün ölkəmizdə səfərdə olublar.

Qurumun İcraiyyə Komitəsinin üzvü, Lüksemburq Gimnastika Federasiyasının keçmiş prezidenti Paolo Frising Bakı, turnir və ümumiyyətlə, Azərbaycan gimnastikası barədə fikirlərini eksklüziv olaraq İdman.biz saytına danışıb:

"Bakıya 5-ci səfərimdir. Hər dəfə bura gələndə şəhəri dəyişmiş görürəm. Çox müasir, kosmopolit və innovativ yerdir. Burada olmaqdan zövq alıram, çünki insanlar isti və qonaqpərvərdirlər. Budəfəki səfərimdə Qarabağa da getdim.
Bakıda ilk dəfə keçirilən "TeamGym" üzrə Avropa çempionatı da Azərbaycan Gimnastika Federasiyası tərəfindən çox yaxşı təşkil edib. Hər şey mükəmməldir və yerli Təşkilat Komitəsi ilə Avropa Gimnastikası arasında iş yaxşı qurulub. Yeri gəlmişkən, iki il əvvəl bu yarış vətənim Lüksemburqda keçirilmişdi.
Ümumiyyətlə, Azərbaycan gimnastikasında əzmkarlıq, böyük iş, nəyi bacardığını dünyaya göstərmək istəyi və yaxşı məşqçiləri vurğulamaq istəyirəm.
Azərbaycanın gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. Onu zəhmətkeş, dürüst, təvazökar insan və 11 ildir Avropa Gimnastikasının rəhbərliyində birlikdə çalışdığım yaxşı dost kimi tanıyıram".

Rasim
İdman.biz