Batutçularımız Almaniyaya yollanıb

Xəbərlər
24 Oktyabr 2024 12:00
92
Batutçularımız Almaniyaya yollanıb

Azərbaycanın batut yığması oktyabrın 25-27-də Kotbusda (Almaniya) keçiriləcək “GymCity Open” turnirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, yığmanın heyətində Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niyətəliyev, Ammar Baxşəliyev, Fərhad Mustafayev və Ömər Qasımlı mübarizə aparacaq.

Onlar təkcə fərdi yarışda deyil, həm də sinxron tullanmada iştirak edəcək.

Komanda Vladimir Şulikin və Abdulla Qasımovun rəhbərliyi altında çıxış edəcək.

İdman.biz

Məqalədə: