Gimnaziadada 6 aerobika ustamız çıxış edəcək

Xəbərlər
25 Oktyabr 2024 11:04
50
Gimnaziadada 6 aerobika ustamız çıxış edəcək

Azərbaycan aerobika komandası Manamadakı Gimnaziadada çıxışına başlayır.

İdman.biz xəbər verir ki, komandanın tərkibində Məryəm Topçubaşova, Sara Əlixanlı, Sənan Kazımova fərdi yarışda çıxış edəcək.

Trio Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət olacaq. Qrupa isə Məryəm Topçubaşova və Sara Əlixanlı ilə yanaşı, yuxarıda adları çəkilən bütün idmançılar daxildir.

Komanda məşqçi Marian Kolevin rəhbərliyi altında mübarizə aparacaq.

Hakimlər korpusunda Azərbaycanı Lalə Hüseynova və Xədicə Hüseynova təmsil edəcək.

İdman.biz

Məqalədə: