Natalya Bulanova yenidən FİG-in Texniki Komitəsinin üzvü seçilib - FOTO

Xəbərlər
25 Oktyabr 2024 13:42
85
Natalya Bulanova yenidən FİG-in Texniki Komitəsinin üzvü seçilib - FOTO

Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.

İdman.biz xəbər verir ki, bu, FİG-in 85-ci hesabat-seçki konqresində gerçəkləşib.

Tədbir Qətərin paytaxtı Dohada keçirilib. Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru əvvəllər də üzvü olduğu komitəyə yenidən seçilib.

İdman.biz