Akrobatlardan uğurlu start

Xəbərlər
25 Oktyabr 2024 20:03
44
Akrobatlardan uğurlu start

Azərbaycan akrobatları Gimnaziadada mübarizəyə start veriblər.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz finala vəsiqə qazanıblar.

Məryəm Topçubaşova və Sara Əlixanlı fərdi yarışlarda təsnifat mərhələsini uğurla başa vurublar. Bu akrobatların Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlova ilə birlikdə təşkil etdiyi komanda da finala yüksəlib.

Qeyd edək ki, Gimnaziadaya oktyabrın 31-də yekun vurulacaq.

İdman.biz