Bədii gimnastika 2026-cı il Birlik Oyunlarının proqramından çıxarılıb

Xəbərlər
1 Noyabr 2024 17:10
137
Bədii gimnastika 2026-cı il Birlik Oyunlarının proqramından çıxarılıb

2026-cı ilin yayında Qlazqoda 14-cü Birlik Oyunları bədii gimnastikasız keçiriləcək.

İdman.biz xəbər verir ki, bu idman növü multiforumun proqramından çıxarılıb.

Birlik Oyunları Federasiyasından bildirilib ki, növlərin proqrama daxil edilməsinə qərar verilərkən bir sıra amillər, o cümlədən “iştirakın çoxşaxəliliyi və rəqabətin keyfiyyəti”, habelə yerli cəlbedicilik nəzərə alınıb.

Sonuncu dəfə Oyunlar Qlazqoda keçiriləndə 17 idman növü üzrə yarışlar təşkil edilib - bu dəfə onların sayı 10 olacaq.

Təşkilatçılar proqrama daxil edilməyən idman növlərinin idmançı və azarkeşlərinin "inanılmaz dərəcədə məyus olduqlarını" başa düşdüklərini vurğulayıblar. Lakin bu növlər Birlik Oyunlarına sonrakı yarışlarda qayıda bilər.

İdman.biz

Məqalədə: