İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən turnirdə uğurla çıxış edib.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.
Təmsilçilərimiz kişi idman gimnastları arasında “Velvet Road” adlı beynəlxalq turnirdə 5 medal qazanıblar. Gimnastika atında fəxri kürsüdə ancaq Azərbaycan idmançıları yer alıblar. Miryusif Əhmədzadə qızıl, Aydın Əlizadə gümüş, İvan Tixonov bürüncə sahib çıxıb.
Halqada isə Nikita Simonov və Aydın Əlizadə qızıl qazanıb.
İdman.biz