Gürcüstan Gimnastika Federasiyasının dəvətiylə “Gimnastika hamı üçün” növünün baş məşqçisi Ruslan Eyvazov tərəfindən keçirilən ustad dərsləri başa çatıb.
İdman.biz xəbər verir ki, iki gün davam edən dərslər zamanı milli rəqslər, fləşmoblar nümayiş edilib.
Bununla yanaşı, yeni başlayan gimnastlar və məşqçilər üçün müxtəlif nəzəri biliklər və texnikalar da öyrədilib.
İdman.biz