Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ustad dərsi başa çatıb.
İdman.biz xəbər verir ki, dərslər Paris-2024 Yay Olimpiya Oyunlarının finalçıları, dünya çempionatının bürünc, Avropa çempionatının qızıl medalçıları olan qrup hərəkətləri komandasının üzvləri tərəfindən keçirilib.
Təlimdə kiçikyaşlı gimnastlara hərəkətlərin ardıcıl icrası, dözümlülük və balansın düzgün tətbiqi, alətlərin idarəolunması və özünəinamlı çıxışın sirləri haqda nəzəri və praktiki biliklər öyrədilib.
Sonda komanda üzvləri iştirakçılara avtoqraf veriblər.
İdman.biz