Bədii gimnastika hakimlərimiz ilk dəfə 1-ci kateqoriyaya layiq görülüblər

Xəbərlər
7 Dekabr 2024 14:21
93
Bədii gimnastika hakimlərimiz ilk dəfə 1-ci kateqoriyaya layiq görülüblər

Bədii gimnastika üzrə hakimlərimiz İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Nigar Abdusalimova fərdi proqramda 1, qrup hərəkətlərində 2-ci kateqoriyaya yiyələnib. Yevgeniya Vilyayeva qrup hərəkətlərində 1, fərdi proqramda 2-ci kateqoriyaya sahib çıxıb.

Həmçinin, Səbinə Hacıyeva (fərdi proqram üzrə) 2-ci, Vəfa Bəkərova (qrup hərəkətləri üzrə) 3-cü kateqoriyanı əldə edib.

Qeyd edək ki, ədalət təmsilçilərimiz tarixdə ilk dəfə 1-ci kateqoriyaya layiq görülüblər.

İdman.biz

Məqalədə: