Varfolomeyev, Nikolova və Kaleyn - Olimpiya dövrünün liderləri

Xəbərlər
9 Dekabr 2024 18:54
110
Varfolomeyev, Nikolova və Kaleyn - Olimpiya dövrünün liderləri

Üçillik Olimpiya tsiklində çıxışlarına görə ən yüksək xal toplayan gimnastlar müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə ətraflı statistikanı İtaliyanın "Blablagym" gimnastika portalı təqdim edib.

Burada həm çoxnövçülükdə, həm də fərdi növlərdə göstəricilər əks olunub.

Aşağıda ən yüksək xallara malik liderlər təqdim olunur.

Çoxnövçülük üzrə ən yüksək xal
Stilyana Nikolova (Bolqarıstan): 143,750 - Avropa çempionatı 2024

Halqa ilə hərəkətlərdə ən yüksək xal
Boryana Kaleyn (Bolqarıstan): 36,550 - Avropa çempionatı 2024

Topla hərəkətlərdə ən yüksək xal
Stilyana Nikolova (Bolqarıstan): 37,200 - Avropa çempionatı 2024

Gürzlərlə hərəkətlərdə ən yüksək xal
Daria Varfolomeyev (Almaniya): 36,350 - Olimpiya Oyunları 2024

Lentlə hərəkətlərdə ən yüksək xal
Stilyana Nikolova (Bolqarıstan): 34,800 - Avropa çempionatı 2024

İdman.biz