Qadın idman gimnastikası üzrə hakimlərimiz 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası referilik kurslarında yüksək nəticə göstəriblər.
İdman.biz xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən təlimlərdə 2 ədalət təmsilçimiz özlərini doğruldub. Kursun yekununa əsasən, Anjella Abdullayeva I, Kristina Pravdina isə II kateqoriyaya yüksəlib.
Qeyd edək ki, kurslar dekabrın 5-10-da keçirilib.
İdman.biz