Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə hakimlik kurslarının ilk günü başa çatıb.
İdman.biz xəbər verirki, tədbir beynəlxalq dərəcəli hakim Dürdanə Əhmədova və millimizin baş məşqçisi İradə Qurbanovanın rəhbərliyi altında keçirilir.
Kurslarda gələn ildən başlayaraq akrobatika yarışlarında tətbiq ediləcək qaydaların nüansları müzakirə olunur.
Qeyd edək ki, dekabrın 12-də başlayan tədbir sabah başa çatacaq.
İdman.biz