Beynəlxalq Gimnastika Federasiyası (FIG) dünya çempionatının seçim qaydalarını müəyyən edib.
İdman.biz xəbər verir ki, bədii gimnastlar qitə birinciliyindəki nəticələrə uyğun olaraq dünya çempionatına vəsiqə qazanacaqlar.
Avropaya 12 yer verilib. Bu o deməkdir ki, Avropa çempionatında ən yaxşı nəticə göstərən ölkələr fərdi yarışda dünya çempionatına iki və ya üç idmançı göndərə bilər.
Qeyd edək ki, dünya çempionatı gələn il Rio de Janeyroda (Braziliya) keçiriləcək.
İdman.biz