İdman gimnastikası üzrə “Rektor kuboku” keçiriləcək

Xəbərlər
15 Dekabr 2024 14:00
119
İdman gimnastikası üzrə “Rektor kuboku” keçiriləcək

Dekabr 9-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Rektor kuboku” keçiriləcək.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan Gimnastika Federasiyası və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

“Rektor kuboku”nda akademiyanın bakalavriat səviyyəsinin I tədris ilində təhsil alan tələbələr sərbəst hərəkətlər, müxtəlif hündürlüklü qollar və halqalar proqramı üzrə öz qüvvələrini sınayacaqlar.

İdman.biz