Azərbaycan Gimnastika Federasiyası növbəti daxili yarışların keçiriləcəyini açıqlayıb.
İdman.biz xəbər verir ki, noyabrın 1-2-də aerobika üzrə 7-ci ölkə çempionatı və Bakı açıq birinciliyi, həmçinin akrobatika üzrə 28-ci Azərbaycan çempionatı və paytaxt birinciliyi təşkil olunacaq.
Yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.
Qeyd edək ki, akrobatika komandası hazırda Varnada keçirilən Avropa çempionatında mübarizə aparır və artıq iki qızıl və bir gümüş mükafata sahib olub.
İdman.biz