Gənclər və idman nazirinin müavini Mariana Vasileva karyerasını başa vuran Zöhrə Ağamirova ilə görüşüb.
İdman.biz xəbər verir ki, Vasileva bu barədə sosial şəbəkədə paylaşım edib.
O, peşəkar karyerasını Bakıda keçirilən “Qış nağılı” turnirində başa vuran Ağamirovaya uğurlar arzulayıb: “Zöhrə, seçdiyiniz yolda zəhmətinizə görə çox sağ olun. Bizə bəxş etdiyin xoşbəxtlik üçün təşəkkür edirik. Sizə cansağlığı, uğurlar və yeni sahədə yeni qələbələr arzulayıram. Mən həmişə səninləyəm”.
Qeyd edək ki, Ağamirova iki dəfə Olimpiya oyunlarında çıxış edib, topla hərəkətlərdə Avropa çempionatının bürünc medalını qazanıb, həmçinin İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi, Universiadanın dəfələrlə mükafatçısı olub.
İdman.biz