Azərbaycan Avropa ailəsinin “Gimnastika hamı üçün” layihəsində fəal iştirakçıdır

Xəbərlər
20 Dekabr 2024 11:45
41
Azərbaycan Avropa ailəsinin “Gimnastika hamı üçün” layihəsində fəal iştirakçıdır

Avropa Gimnastikasının “Gimnastika hamı üçün” Texniki Komitəsinin rəhbəri Hlif Torgeisdottir ilin yekunları barədə danışarkən Azərbaycan komandasının iştirakı ilə keçirilən EUROGYM turnirini qeyd edib.

İdman.biz xəbər verir ki, o, Bodonun (Norveç) ev sahibliyi etdiyi sayca 14-cü turnirdə 2745 yeniyetmənin qatıldığını vurğulayıb.

Torgeisdottir bildirib ki, orada Azərbaycan, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Böyük Britaniya, Almaniya, Macarıstan, İrlandiya, İtaliya, Norveç, Portuqaliya, İsveçrə və İsveç idmançıları iştirak edib: "Seminarlarda iştirak, parad və açılış mərasimi, şəhər tamaşalarından qala və bağlanış mərasiminə qədər EUROGYM proqramı hərəkətli və əyləncəli idi. Bir çox iştirakçı üçün diqqət çəkən məqam gecə yarısı günəşi altındakı macəra idi - bu, yayda Bododa unikal gəzintidir”.

İdman.biz

Məqalədə: