Cənubi Afrika gimnastları Bakıda keçirdikləri təlim-məşq toplanışını başa vurublar.
İdman.biz xəbər verir ki, Klerksdorp Gimnastika Məktəbinin bədii gimnastları Milli Gimnastika Arenasında məşq ediblər.
Onlar növbəti mövsüm ərəfəsində yeni proqramlar hazırlayıb, alətlərlə çalışmalarını təkmilləşdirməyə çalışıblar.
Qeyd edək ki, dekabrın 5-də başlayan məşq prosesi 17 gün davam edib.
İdman.biz