FIG: "Əvvəllər dünya səviyyəsində titulu olmayan Azərbaycan birdən dörd mükafat qazanıb"

Xəbərlər
24 Dekabr 2024 17:57
54
FIG: "Əvvəllər dünya səviyyəsində titulu olmayan Azərbaycan birdən dörd mükafat qazanıb"

Akrobatikada ilin əlamətdar məqamlarını qeyd edən Beynəlxalq Gimnastika Federasiyası (FIG) Azərbaycan komandasının Gimaraeşdə (Portuqaliya) keçirilən dünya çempionatında göstərdiyi nəticəni xüsusi vurğulayıb.

İdman.biz xəbər verir ki, FIG-in bəhs etdiyi dünya çempionatında komandamız milli gimnastika tarixinə yeni səhifə yazıb.

“Akrobatika mundialında əvvəllər tituli olmayan Azərbaycan bir dünya çempionatında dörd mükafata sahib çıxıb. Möhtəşəm Raziyə Seyidli - Ağasif Rəhimov qarışıq cütlüyü və Daniel Abbasov və Murad Rəfiyev kişilər cütlüyü hərəyə iki növdə lider olublar. Bu, gimnastlar və onların milli aranjiman proqramı üçün həlledici məqam idi. "Hər şey yaxşı oldu", - deyə Seyidli sevincini gizlətməyib", - deyə FIG qeyd edir.

Azərbaycan millisi dünya çempionatında ümumilikdə səkkiz mükafat qazanaraq yeni rekorda imza atıb, həmçinin ümumi hesabda üçüncü yeri tutub.
Ağasif Rəhimov - Raziyə Seyidli qarışıq cütlüyü iki qələbə qazanıb (kombinə və balans hərəkətlərində), həm də tempdə üçüncü olub. Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti də kombinə və balans hərəkətlərində birinci olub və tempdə bürünc medal qazanıb.

Seymur Cəfərov, Abdulla Əl-Meşaihi, Rəsul Seyidli və Riad Səfərovdan ibarət kişilərdən ibarət qrup templə hərəkətdə bürünc medal qazanıb. Millimiz həmçinin komanda çempionatında da gümüş mükafata layiq görülüb.

Ümumi hesabda Azərbaycan komandası yalnız Belçika (5-0-1) və Çindən (5-0-1) geri qalaraq ilk üçlüyə (4-1-3) daxil olub.

İdman.biz

Məqalədə: