Təyyarə qəzasına görə Azərbaycan Gimnastika Federasiyasının tədbiri təxirə salınıb

Xəbərlər
25 Dekabr 2024 13:36
161
Təyyarə qəzasına görə Azərbaycan Gimnastika Federasiyasının tədbiri təxirə salınıb

Azərbaycan Gimnastika Federasiyasının (AGF) ilin yekununa həsr olunmuş mətbuat konfransı təxirə salınıb.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı AGF-in mətbuat xidməti yayıb.

Tədbirin təxirə salınmasına bu gün baş vermiş təyyarə qəzası səbəb olub. Təxirə salınan toplantının vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

İdman.biz

Məqalədə: