Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandası Avropa çempionatından daha bir medal qazanıb.
İdman.biz xəbər verir ki, idmançılarımız Bolqarıstanın Varna şəhərində gənclər arasında keçirilən yarışda ikinci pilləni tutublar.
Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu çoxnövçülük proqramında gümüş medal qazanıb.
İdman.biz