Avropa Gimnastikası (EG) yeni ilin yarış təqvimini açıqlayıb.
İdman.biz xəbər verir ki, Azərbaycanda iki mühüm qitə yarışı keçiriləcək.
Noyabrın 14-16-da Gəncədə aerobika üzrə Avropa çempionatı, eləcə də bu növ üzrə yaş qrupları üzrə Avropa yarışları (9-11 noyabr) təşkil olunacaq.
Gəncə ilk dəfə gimnastika üzrə rəsmi beynəlxalq yarışlara ev sahibliyi edəcək.
İdman.biz