Bakıda yeni mövsümü batut gimnastlarının ulduzları açacaqlar.
İdman.biz xəbər verir ki, bu il fevralın 22-23-də baş tutacaq ilk dünya çempionatına paytaxtımız ev sahibliyi edəcək.
Yeni mövsümdə mərhələlərin sayı 6-ya yüksəlib. Ötən il isə dünya çempionatına 5 turnir daxil edilib.
Dünya çempionatının təqvimi
Batut və tamblinq üzrə Dünya kuboku - 2025
22-23 fevral – Bakı
5-6 aprel – Riccione (İtaliya)
5-6 iyul – Coimbra (Portuqaliya)
27-28 sentyabr – Varna (Bolqarıstan)
3-5 oktyabr – Antibes (Fransa)
11-12 oktyabr – Ştutqart (Almaniya)
İdman.biz